"Turan Tovuz" və "Araz-Naxçıvan" oyununun vaxtı müəyyənləşib

"Turan Tovuz" və "Araz-Naxçıvan" oyununun vaxtı müəyyənləşib

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Turan Tovuz" və "Araz-Naxçıvan" oktyabrın 14-də yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Mediasport.az xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək və saat 16:00-da başlanacaq.

Qeyd edək ki, Premyer Liqada 9 turdan sonra "Araz-Naxçıvan" 4-cü, "Turan Tovuz" 6-cı pillədə qərarlaşıb.