Andrey Lunyov ilk "5-lik"də

Andrey Lunyov ilk "5-lik"də

"Qarabağ"ın futbolçusu Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçıların sırasında yer alıb.

Mediasport.az xəbər verir ki, 32 yaşlı qolkiper 5 qarşılaşmada 19 seyvlə yadda qalıb.

Rusiyalı oyunçu bu göstəriciyə görə Moldovanın "Şerif" komandasında çıxış edən Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür.

Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviç (25) liderdir. Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (24) ikinci, Avstriyanın “Ştrum” kollektivindən Kyell Sherpen (20) üçüncüdür.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heçə-heçə edib - 2:2.