AVRO-2024: Azərbaycan - Avstriya oyununun hakimləri açıqlanıb
Oktyabrın 16-da futbol üzrə Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Avstriya ilə oyununun hakimləri açıqlanıb.
Mediasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Yunanıstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Aristotelis Diamantopulos olacaq. Ona yan xətt hakimləri qismində Konstantinos Psarris və Andreas Meintanas kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.
Oyun saat 20:00-da başlanacaq.