Mutu: "Qarabağ"la oyuna hazırıq"

 Mutu: "Qarabağ"la oyuna hazırıq"

"Neftçi"nin baş məşqçisi Adriamn Mutu klub televiziyasına açıqlama verib.

Mediasport.az xəbər verir ki, rumıniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la duel haqqında fikirlərini bildirib.

Mutu derbiyə hazır olduqlarını, yaxşı hazırlaşdıqlarını deyib: "Qarabağ"la oyuna hazırıq, məşqlər yaxşı gedir. Bizi necə oyunun gözlədiyini bilirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Komandada bəzi oyunçular var ki, onlardan gözləntilərimiz böyükdür, daha faydalı ola bilərlər. Bunun üçün vaxt lazımdır".

Baş məşqçi zədədən yeni qayıdan Eddi İsrafilovun artıq meydana çıxmağa hazır olduğunu vurğulayıb:

"Bir neçə dəqiqə oynaya bilər. Bu görüşə tam hazır olmasa da, fasilədən sonra bütün gücü ilə qayıdacaq. Bizim üçün vacib oyunçudur və ona böyük hörmətim var. "Qarabağ"la oyunda əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq. İnanıram ki, azarkeşlər də öz dəstəyini göstərəcək".

Qeyd edək ki, sabah "Neftçi Arena"da keçiriləcək matç saat 19:30-da başlanacaq.