“Araz-Naxçıvan” 100-cü qolu buraxıb

“Araz-Naxçıvan” 100-cü qolu buraxıb

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolu buraxıb.

Mediasport.az xəbər verir ki, bu, Premyer Liqanın XII turuna təsadüf edib. 

“Sumqayıt”la səfər görüşünə qədər 99 top buraxan Muxtar Respublika təmsilçisi 0:2 hesabı ilə uduzub. Hesabı açan Rövlan Muradov qonaqları məyus edən 100-cü qolun müəllifi olub.

Bu, “Araz-Naxçıvan”ın 54-cü oyununa təsadüf edib. 54 qol vuran komanda artıq 101 qol buraxıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi ilk qolu 2000-ci il avqustun 5-də “Qarabağ”la görüşdə buraxıb. Ağdamlılara 1:0 hesablı qələbə qazandıran topu Təbriz Həsənov vurub.