"Linkoln" Bakıya gəldi
Sabah futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq "Linkoln" artıq paytaxtımızdadır.
MediaSport.az xəbər verir ki, rəqib Bakıya gəlmək üçün 16 saatlıq uçuş edib.
Cəbəllütariq klubu bu gün görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunda məşqə çıxacaq.
Qarşılaşma sabah keçiriləcək və saat 20:00-da başlanacaq. Ağdam təmsilçisi ilk matçda qalib gəlib - 2:1.