"Sabah" Türkiyədə: Antalyada iki yoxlama görüşü nəzərdə tutulub
“Sabah” futbol klubunun qış hazırlıq planı məlum olub.
Mediasport.az xəbər verir ki, komanda yanvarın 4-dən 15-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.
Masazır təmsilçisi “Titanic Deluxe Belek” otelində məskunlaşacaq.
Toplanış çərçivəsində 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.