"Neftçi"dən 200-cü "sülh"
"Neftçi" Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sabah"la qarşılaşıb (0:0).
Mediasport.az xəbər verir ki, həmin nəticədən sonra "ağ-qaralar" Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.
"Neftçi" 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci matçda 200-cü "sülh"ü gerçəkləşdirib.
Bakılılara qədər yalnız "Qarabağ" 200 heç-heçə səddini keçib.
Xatırladaq ki, "Neftçi"nin ilk bərabərliyi məhz "köhlən atlar"la matçda gerçəkləşib (1992-ci ilin 26 sentyabrı, 1:1).