“Araz-Naxçıvan”dan ölkə çempionatlarında yubiley qələbəsi

“Araz-Naxçıvan”dan ölkə çempionatlarında yubiley qələbəsi

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 20-ci qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, yubiley Premyer Liqanın II turuna təsadüf edib.

Naxçıvan təmsilçisi evdə “Şamaxı”nı üstələyib – 1:0. Bu, 80-ci matçına çıxan komandanın 20-ci uğuru olub.

“Araz-Naxçıvan” evdə 15-ci qalibiyyətini qazanıb. Digər 5 belə nəticə səfərdə gerçəkləşib.

Qeyd edək ki, naxçıvanlılar ilk qələbəsini 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ı ilə səfər matçında əldə edib – 1:0.