"Zirə" evdə "Qarabağ"a uduzdu - Premyer Liqada 5-ci tur yekunlaşdı

"Zirə" evdə "Qarabağ"a uduzdu - Premyer Liqada 5-ci tur yekunlaşdı

Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Zirədə baş tutub.

Qəsəbənin  eyniadlı komandası son çempion "Qarabağ"la bacara bilməyib.

Daha əvvəl "Turan Tovuz" "Səbail"i (1:0), "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0), "Sabah" "Kəpəz"i (3:2), məğlub edib.

"Şamaxı" - "Neftçi" matçında qapılara qol vurulmayıb (0:0).

Azərbaycan Premyer Liqası. 5-ci tur


"Zirə" - "Qarabağ" 1:3

Qollar: Ceyhun Nuriyev, 40 - Toral Bayramov, 18, Emmanuel Addsi, 33, Abdullah Zubir, 88.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Zirə İdman Kompleksinin stadionu.



1 Turan Tovuz 5 4 1 0 6-0 13
2 Sabah 5 3 1 1 10-7 10
3 Qarabağ 4 3 0 1 10-3 9
4 Araz-Naxçıvan 4 2 1 1 4-5 7
5 Zirə 4 2 0 2 7-5 6
6 Sumqayıt 5 2 0 3 5-6 6
7 Şamaxı 4 1 2 1 3-3 5
8 Səbail 5 1 1 3 7-8 4
9 Neftçi 5 0 4 1 2-4 4
10 Kəpəz 5 0 0 5 2-15 0