Oyundan sonra ara qarışdı: 174 nəfər öldü, 200 nəfər yaralandı

Oyundan sonra ara qarışdı: 174 nəfər öldü, 200 nəfər yaralandı

İndoneziya çempionatının 11-ci turunun "Arema" - "Persebaya" matçından sonra faciə yaşanıb. MediaSport.az xəbər verir ki, qonaq komandanın 3:2 hesablı qələbəsi faciə ilə yekunlaşıb.

Məğlubiyyəti həzm etməyən yerli fanatlar meydana axışıb, arenada böyük izdiham yaşanıb, tərəflər arasında dava-dalaş düşüb. Nəticədə 174 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb.