AFFA-nın təşkil etdiyi aşağı yaş liqalarında mövsümün püşkü atıldı

AFFA-nın təşkil etdiyi aşağı yaş liqalarında mövsümün püşkü atıldı

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi baş tutub.

Mediasport.az xəbər verir ki, AFFA U-15 və U-16 Liqasının hər birində 15 komanda çıxış edəcək. Komandalar A qrupu (15 komanda) və Naxçıvan Muxtar Respublikası üzrə B qrupu olmaqla iki qrupa bölünüblər.

Birinci mərhələ 2 dövrədən ibarət olmaqla dairəvi sistemlə keçiriləcək. B qrupundakı komandaların bölgüsü Naxçıvan Muxtar Respublikası üzrə iştirak edən kollektivlərdən formalaşdırılır. Bu yaş qruplarının A qrupunda ilk 7 yerin, B qrupunda isə 1-ci yerin sahibi final mərhələsində ev-səfər prinsipinə əsasən pley-off sistemi ilə yenidən qarşılaşacaqlar.

AFFA U-17 və Gənclər Liqası isə 3 dövrədən ibarət olacaq. U-17 Liqada 15 komanda, Gənclər Liqasında 13 komanda mübarizə aparacaq.

U-15 Liqada I turun təqvimi

"Turan Tovuz" – "Sabah"

"Neftçi" – "Sumqayıt"

"Səbail" – EFA

"Qəbələ" – "Kəpəz"

"Zirə" – "Vətən"

"Qarabağ" – "Şamaxı"

"Dinamo" – ASTA

"Metak" I turda oyun keçirməyəcək.

U-16 Liqada I turun təqvimi

"Qarabağ" – "Sabah"

"Şamaxı" – "Mübariz"

"Turan Tovuz" – "Zirə"

"Dinamo" – "Səbail"

"Lion" – EFA

UFA – "Neftçi"

"Kəpəz” – “Sumqayıt"

ASTA I turda oyun keçirməyəcək.

U-17 Liqada I turun təqvimi

"Qarabağ" – "Sabah"

"Vətən" – "Səbail"

"Araz-Naxçıvan" – "Kəpəz"

"Sumqayıt" – "Masallı"

"Zirə" – "Şamaxı"

"Turan Tovuz" – EFA

"Dinamo” – "Neftçi"

"Qəbələ” I turda oyun keçirməyəcək.

Gənclər Liqasında I turun təqvimi

"Qarabağ" – UFA

"Kəpəz" – "Zirə"

"Sumqayıt" – "Dinamo"

"Sabah" – "Turan Tovuz"

"Səbail" – "Qəbələ"

"Şamaxı" – "Araz-Naxçıvan"

"Neftçi" I turda oyun keçirməyəcək.