"Fənərbağça"nın futbolçusu Azərbaycanla oyun haqda nə dedi?

"Fənərbağça"nın futbolçusu Azərbaycanla oyun haqda nə dedi?

Noyabrın 20-də milli komandamızla yoldaşlıq oyununda üz-üzə gələcək Şimali Makedoniya yığmasının müdafiəçisi Ezcan Alioski Azərbaycanla qarşılaşma barədə danışıb.

mediasport.az xəbər verir ki, "Fənərbağça"da forma geyinən 30 yaşlı təcrübəli futbolçu meydana yalnız qələbə üçün çıxacaqlarını deyib.

Alioski bildirib ki, görüşün yoldaşlıq xarakteri daşımasının onlar üçün heç bir əhəmiyyəti yoxdur: "Bizə yalnız qələbə lazımdır. İstəyirik ki, yoldaşlıq oyunlarını yüksək səviyyədə keçirək. Komandada özünəinam var. Bu iki qarşılaşma üçün millinin düşərgəsinə çağırılan futbolçular klublarında çox sayda oyun keçiriblər. Millidə də tempi, formanı yaxşı səviyyədə saxlamaq lazımdır".