Mutu ölkəmizdə 61-ci oldu

Mutu ölkəmizdə 61-ci oldu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan çempionatları tarixinin 61-ci əcnəbi mütəxəssisi olub.

mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rumıniyalı komandasının 2023/2024 mövsümünün I turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduğu görüşdə debüt edib.

Mutu, eyni zamanda, 4-cü rumıniyalı baş məşqçi kimi Premyer Liqa tarixinə düşüb. Ona qədər Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Regekampf Azərbaycan çempionatında çalışıblar.

44 yaşlı baş məşqçi həm də “Neftçi”nin tarixində 6-cı əcnəbi mütəxəssisdir. Daha əvvəl Anatoli Demyanenko, Hans-Yurgen Gede, Vlastimil Petrjela, Roberto Bordin və Laurentsiu Regekampf “ağ-qaralar”a rəhbərlik ediblər.