Atıcılarımız Dünya Kubokunda mübarizəyə başlayırlar
Azərbaycanlı atıcılar Nigar Nəsirova və Ruslan Lunyov Misirin paytaxtı Qahirədə keçiriləcək Dünya Kubokunda mübarizə aparacaqlar.
Mediasport.az xəbər verir ki, Ruslan kişilər arasında 10 m məsafədən pnevmatik tapança və 25 m məsafədən tapança ilə sürətli atəş açmada qüvvəsini sınayacaq.
Nigar isə qadınlar arasında 10 m məsafədən pnevmatik tapança və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında yarışacaq.
Eyni zamanda, onlar 10 m məsafədən pnevmatik tapança ilə atəş açma üzrə qarışıq komanda yarışlarında iştirak edəcəklər.
Xatırladaq ki, bu gün başlayacaq yarışa fevralın 1-də yekun vurulacaq.