Güllə atıcılarımız medal şanslarını əldən verdilər - Avropa Oyunları

Güllə atıcılarımız medal şanslarını əldən verdilər - Avropa Oyunları

Azərbaycanın güllə atıcılarından ibarət qadınlar yığmamız Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medal qazanmaq şansından yararlana bilməyiblər.

MediaSport.az xəbər verir ki, Regina Meftəhəddinova, Nurlana Cəfərova, Sevda Nəcəfovadan ibarət komanda skit növündə Çexiya idmançılarına məğlub olub.

Qarışıq komanda mübarizəsində isə Ruslan Lunyov və Nigar Nəsirova tandemi uğursuz nəticə ilə yadda qalıb. Onlar tapança ilə 25 metr məsafədən atəşaçmada təsnifat mərhələsini 525 xalla başa vurmaqla, 9 komanda arasında sonuncu yeri tutublar və final mərhələsindən kənarda qalıblar.