Azərbaycan idmançısı növbəti dəfə finala vəsiqə qazandı - MDB Oyunları
Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında yenidən finala vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, idmançımız bu dəfə pnevmatik tapançadan 25 metr məsafəyə atəş açmaqda ən yaxşılar sırasına düşməyi bacarıb.
Gənc atıcımız buna 567 xal toplamaqla nail olub.
Qeyd edək ki, Leyli Əliyeva iki gün əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmaqda qızıl medal qazanıb.