7 tennisçi "Australian Open" turnirinə birbaşa dəvət edilib

7 tennisçi "Australian Open" turnirinə birbaşa dəvət edilib

7 tennisçi "Australian Open" turnirinin təşkilatçıları tərəfindən yarışa birbaşa dəvət edilib.

Mediasport.az xəbər verir ki, həmin tennisçilərdən yalnız Karolina Voznyaçki danimarkalıdır.

Dəvət edilən digər tennisçilərin hamısı avstraliyalıdır. Həmin tennisçilər Kimberli Birrel, Oliviya Qadeki, Teyla Preston, Ceyms Dakvort, Mark Polmans və Adam Uoltondur.

Voznyaçki sonuncu dəfə bu ilin 3 sentyabrında ABŞ-də keçirilən yarışın 4-cü raundunda korta çıxıb. Nəticədə, o, amerikalı Koko Qauffa uduzub (3:6, 6:3, 1:6).

Xatırladaq ki, "Australian Open" turniri yanvarın 14-dən 28-dək Melburnda keçiriləcək.