Kubokun qalibləri müəyyənləşdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri bəlli olub.
mediasport.az xəbər verir ki, bu gün idmançılar şəxsi, qoşa və qarışıq-qoşa yarışlarda güclərini sınayıblar.
Qadınların turnirində Məryəm İmanova 1-ci, Mərziyyə Nurmətova 2-ci, Aylin Əsgərova ilə Rüfət Əliyeva 3-cü yeri tutub.
Kişilərin yarışı Adil Əhmədzadənin qələbəsi ilə yekunlaşıb. O, finalda Vəzir Allahverdiyevə qalib gəlib. Nihad Məmmədovla İbrahim Ansari fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Dünən isə komanda mübarizəsinə yekun vurulub. Kişilərin turniri “Təhsil” RİM kollektivinin qələbəsi ilə başa çatıb. MOİK ikinci pillədə qərarlaşıb. “Sərhədçi” və “Sumqayıt” komandaları üçüncü yeri bölüşüblər.
“Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-nin yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olublar.