Azərbaycan stolüstü tennisçiləri qitəmiqyaslı yarışda iştirak edirlər

  Azərbaycan stolüstü tennisçiləri qitəmiqyaslı yarışda iştirak edirlər

Fransanın Şiltiqheym şəhərində stolüstü tennis üzrə "Euro Mini Champs" turniri keçirilir.

Mediasport.az xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə yarışda mübarizə aparırlar.

2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir.

Yarış avqustun 25-də başa çatacaq.