Avarçəkənimiz Diana Dımçenko Fransada Avropa çempionu oldu

Avarçəkənimiz Diana Dımçenko Fransada Avropa çempionu oldu

Fransada keçirilən sahil avarçəkməsi üzrə Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, idmançımız Diana Dımçenko birnəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib.

Avarçəkənimiz hər iki kateqoriyada ən yüksək mükafata sahib çıxıb. AKAF adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb.

O, 6 kilometr məsafəyə həlledici yürüşdə ən yaxın rəqibini 16 saniyə qabaqlayaraq (30:14.56 - 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.

Diana Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da  A finalına vəsiqə qazanıb. Finalda da hamıdan əvvəl finişə çatan Dımçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.