Avarçəkmə çempionatı keçiriləcək
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.
Mediasport.az xəbər verir ki, yarış Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
Turnirdə Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edəcəklər.
Akademik avarçəkmədə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayacaqlar.
Xatırladaq ki, Azərbaycan çempionatı oktyabrda baş tutacaq ənənəvi "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.