İdmançımız İtaliyaya yollanır

İdmançımız İtaliyaya yollanır

4-5 noyabr tarixində İtaliyanın Turin şəhərində akademik avarçəkmə üzrə “Silver Skiff” beynəlxalq reqatası keçiriləcək.

Mediasport.az xəbər verir ki, Turnirdə müxtəlif yaş kateqoriyaları və peşəkarlardan ibarət 700-dən artıq idmançı mübarizə aparacaq.

Reqatada Azərbaycanı yığma komandamızın üzvü Diana Dımçenko təmsil edəcək.

 

Xatırladaq ki, “Silver Skiff” reqatası 32-ci dəfədir təşkil edilir.

Dımçenko ötən il bu yarışda gümüş medala sahib olub.