Autsayder "Milli Aviasiya Akademiyası" ilə üz-üzə

Autsayder "Milli Aviasiya Akademiyası" ilə üz-üzə

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 10-cu tura start veriləcək.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 2 qarşılaşma keçiriləcək.

Öncə "Murov Az Terminal" "Gəncə" ilə qarşılaşacaq. Sonra "Milli Aviasiya Akademiyası" autsayder UNEC-i sınağa çəkəcək.

Xatırladaq ki, tura yanvarın 25-də yekun vurulacaq.

Azərbaycan Yüksək Liqası. 10-cu tur

Qadınların mübarizəsi

17:00 "Murov Az Terminal" - "Gəncə"

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

18:00 "Milli Aviasiya Akademiyası" - UNEC

UNEC Voleybol Klubunun İdman Zalı