Yığmamızın təsnifat mərhələsinə hazırlıqları start götürüb

Yığmamızın təsnifat mərhələsinə hazırlıqları start götürüb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat məshələsinə hazırlıqlara start verib.

Mediasport.az xəbər verir ki, yığma komandanın baş məşqçisi Fərid Cəlalov təlim-məşq toplanışına 16 voleybolçu cəlb edib.

Məşqlər gündə iki dəfə olmaqla GİN-nin Voleybol Mərkəzində təşkil olunur. Təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, millimiz təsnifat mərhələsinin ilk matçını avqustun 17-də səfərdə Avstriya komandasına qarşı keçirəcək. Voleybolçularımız bir həftə sonra, avqustun 24-də Bakıda Belçika yığmasını qəbul edəcəklər. Təsnifat mərhələsinin formatına uyğun olaraq növbəti iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.

Seçmə mərhələdə 21 yığma komanda 7 qrupda mübarizə aparacaq. Yekunda qrup qalibləri və 5 ən yaxşı qrup ikincisi olacaq kollektivlər Avropa çempionatında iştirak hüququ qazanacaqlar.