UEFA Millətlər Liqası: Yığma komandamız məğlubiyyətlə başladı

UEFA Millətlər Liqası: Yığma komandamız məğlubiyyətlə başladı

Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə C Liqasının 1-ci qrupunun ilk matçına çıxıb.

Mediasport.az xəbər verir ki, yığmamız doğma azarkeşlər önündə tanış rəqib İsveç millisi ilə üz-üzə gəlib.

Portuqaliyalı Avropa çempionu Fernandu Santuş komandamızın baş məşqçi postunda ilk və rəsmi matçını keçirib.

Bu gün qrupun digər matçında Estoniya Slovakiyanı qəbul edəcək.

UEFA Millətlər Liqası. 1-ci tur

Azərbaycan - İsveç 1:3

Qollar: Renat Dadaşov, 82 - Aleksandr İsak, 65, 71, Viktor Qyökeres, 81-pen.

Azərbaycan: 23. Mehdi Cənnətov, 22. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 7. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov, 17. Toral Bayramov

Baş məşqçi: Fernandu Santuş

İsveç: 12. Viktor Yohansson, 6. Lüdviq Auqustinsson, 4. İsak Hien, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 18. Yasin Ayari, 19. Mattias Svanberg, 11. Antoni Elanqa, 9. Aleksander İsak, 21. Deyan Kuluşevski, 17. Viktor Qyökeres

Baş məşqçi: Yon Dal Tomasson

Baş hakim: Balazş Berke

Yan xətt hakimləri: Vencel Tot, Balaş Şert

Dördüncü hakim: Çaba Pinter (hamısı Macarıstan)

Tofiq Bəhramov adına Respublika stadionu.