Türkiyədə azərbaycanlıların dueli
Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvlərinin komandaları daxili birinciliklərdə meydana çıxıblar.
Mediasport.az xəbər verir ki, Zamiq Əliyevin ehtiyatda qaldığı matçda "Eqnatia" evdə "Vlajniya" ilə heç-heçə edib (1:1).
Bu gün daha 4 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.
Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" evdə Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor"u qəbul edəcək.
Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) səfərdə "Halleşer"in qonağı olacaq.
Emil Mustafayevli "Polessye" Kiyev "Dinamo"sunun qonağı olacaq.
Eddi İsrafilovun komandası "Cohor Darul Tazim" "Perak"la üz-üzə gələcək.
9 noyabr
Albaniya Superliqası. 13-cü tur
"Eqnatia" - "Vlajniya" 1:1
10 noyabr
Türkiyə 1-ci Liqası. 12-ci tur
14:30 "Bandırmaspor" - "Boluspor"
Malayziya Superliqası. 9-cu turun təxirə salınan oyunu
16:15 "Perak" - "Cohor Darul Tazim"
Almaniya Şimal-Şərq Regional Liqası. 15-ci tur
17:00 "Halleşer" - "Dinamo" (Berlin)
Ukrayna Premyer Liqası. 13-cü tur
20:00 "Dinamo" (Kiyev) - "Pollessye"