Avropa çempionatı: Millimizin rəqibləri bu tarixdə məlum olacaq

Avropa çempionatı: Millimizin rəqibləri bu tarixdə məlum olacaq

2025-ci ildə 19 yaşadək futzalçılar arasında keçiriləcək Avropa çempionatına Moldova evsahibliyi edəcək.

Mediasport.az xəbər verir ki, məsələ ilə bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Qarşılaşmalar gələn il 28 sentyabrdan 5 oktyabra qədər "Kişinyov Arena"da baş tutacaq.

Sayca 4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının da tarixləri açıqlanıb.

31 oktyabrda seçmə mərhələlərin püşkü atılacaq.

İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri 25-30 martda keçiriləcək.

U-19 yığmamız mübarizəyə indiyə qədər əsas mərhələsindən başlayıb.

Komandaların yeni mövsümə hansı mərhələdən başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.

"Kişinyov Arena" 2022-ci ilin dekabrında istifadəyə verilib, 5000 tamaşaçı tutumuna malikdir.