Çempionlar Liqası: Azərbaycan çempionu Estoniya klubuna qarşı

Çempionlar Liqası: Azərbaycan çempionu Estoniya klubuna qarşı

Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, H qrupunda mübarizə aparan təmsilçimiz "Araz-Naxçıvan" bu gün Estoniya çempionu "Sillamae Silla" ilə qarşılaşacaq.

Muxtar Respublika klubu ilk matçında "Sparta Belfast"ı (Şimali İrlandiya) darmadağın edib - 7:1.

Vitali Borisovun çalışdırdığı komanda 24 avqustda "Uddevalla" ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası. İlkin mərhələ. H qrupu

18:00 "Sillamae Silla" (Estoniya) - "Araz-Naxçıvan" (Azərbaycan)