Nigeriyalı forvard Azərbaycan klubu ilə müqavilə bağlayıb
Premyer Liqaya çıxmağı hədəfləyən "Karvan" heyətini gücləndirib.
Mediasport.az xəbər verir ki, Yevlax təmsilçisi nigeriyalı hücumçu İsmael Sanoqo Nufu ilə müqavilə bağlayıb.
Forvard bölgə təmsilçisində mövsümün sonunadək forma geyinəcək.
Onun son klubu vətənində “Plateau Yunayted" olub.
"Karvan" 1-ci Liqada geridə qalan 16 tura 27 xal toplayıb.
Yevlaxlılar liderlər - "Qaradağ Lökbatan" və "İmişli"dən 5 xal geri qalırlar.