"Qarabağ"ın futbolçuları oynadılar, milliləri Belarusa qalib gəldi
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin formasını geyindiyi Monteneqro yığması beynəlxalq yoldaşlıq görüşü keçirib.
Mediasport.az xəbər verir ki, xorvatiyalı Robert Prosineçkinin baş məşqçisi olduğu kollektiv Türkiyə toplanışında Belarus millisi ilə qarşılaşıb.
Görüş monteneqroluların qələbəsilə yekunlaşıb - 2:0.
Ağdam klubunun üzvləri qarşılaşmaya start heyətdə başlayıblar.
Yankoviç 66-cı dəqiqədə əvəzlənib, Veşoviç sonadək oynayıb.
Monteneqro futbolçuları martın 25-də Şimali Makedoniya ilə üz-üzə gələcəklər.