Koxalski: "Avroliqada mübarizəmizi sona qədər davam etdirəcəyik"

Koxalski: "Avroliqada mübarizəmizi sona qədər davam etdirəcəyik"

"Premyer Liqada bütün komandaları görmüşdüm. Fikrimcə, "Sabah" bu liqada ən yaxşı komandalardan, rəqiblərdən biridir".

Mediasport.az xəbər verir ki, bu sözləri 2Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı qapıçı "Sportal"a açıqlamasında "Sabah"la Premyer Liqada 16-cı tur matçını şərh edib:

"Biz bu oyuna uğurlu nəticə üçün çıxmışdıq. Yaxşı oynadıq, amma “Sabah” da yaxşı oynadı. Sona qədər mübarizə apardıq. Çox çətin oyun oldu. Əsl mübarizə getdi. Düzünü desəm, bu cür oyunda bərabərə qalmaq da pis nəticə deyil".

24 yaşlı legioner UEFA Avropa Liqasının 6-cı turunun "Elfsborq"la səfər görüşü haqda bunları qeyd edib:

"İndi hər bir oyunda qalib gəlmək çox vacibdir. Avropa Liqasında bütün qalan görüşlərdə uğur qazanmaq istəyirik. Burada növbəti mərhələyə çıxmaq niyyətindəyik. Qalib gəlməyə ehtiyacımız var. Ona görə Avroliqada mübarizəmizi sona qədər davam etdirəcəyik".