İdmançılarımızdan Türkiyə Superliqasında gümüş medal
Azərbaycan milli komandasının cüdoçuları Murad Fətiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) Türkiyə Superliqasında komanda yarışı üzrə gümüş medal qazanıblar.
Mediasport.az xəbər verir ki, Ankarada keçirilən yarışda Fətiyev və Kokauri "İzmir Büyükşehir Belediyesi"nin heyətində çıxış ediblər.
Komanda həlledici dueldə "Spor Toto"ya məğlub olub.
Superliqada ümumilikdə 16 komanda mübarizə aparıb.