Millimiz Avropa çempionatında xorvatlara 0:8 hesabı ilə uduzub

Millimiz Avropa çempionatında xorvatlara 0:8 hesabı ilə uduzub

Azərbaycanın qızlardan ibarət U-17 millisi AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi ikinci oyunda da məğlub olub.

Mediasport.az xəbər verir ki, yığma B3 qrupunda meydan sahibləri Xorvatiyaya 0:8 hesabı ilə yenilib.

Qeyd edək ki, komanda daha əvvəl Lüksemburqa uduzmuşdu - 0:1. Milli oktyabrın 8-də Malta ilə üz-üzə gələcək.