AVRO-2024: Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başlayıb

AVRO-2024:  Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycanın qızlardan ibarət U-17 yığması UEFA Millətlər Liqası formatında təşkil edilən AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.

Mediasport.az xəbər verir ki, komandamız B3 qrupunun Xorvatiyada keçirilən ilk matçında Lüksemburqa seçməsinə məğlub olub - 0:1.

Qrupun digər görüşündə Xorvatiya Maltanı 8:0 hesabı ilədarmadağın edib.

Komandamız oktyabrın 5-də Xorvatiya, 8-də isə Malta ilə qarşılaşacaq.