Avropa Kubokunda idmançılarımız ilk gün 6 medal qazandı - FOTO
Azərbaycan cüdoçuları Sloveniyanın Sele şəhərində keçirilən Avropa Kubokunun ilk günündə 6 medal qazanıb. MediaSport.az xəbər verir ki, 60 və 73 kq çəki dərəcələri üzrə bütün finalçılar azərbaycanlı cüdoçular olublar.
60 kq-da Rəşad Yelkiyevlə 73 kq-da Rəşid Məmmədəliyev qızıl, Kənan İsmayılovla Nəriman Mirzəyev isə gümüş medalları qazanıblar. 66 kq-da Tofiq Məmmədov da bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Ruslan Paşayev italiyalı Françesko Karqneluttiyə qalib gələrək bürünc medalla kifayətlənib.