Avropa Liqası: Əsas mərhələdə "Qarabağ"ın rəqibləri müəyyənləşir
Bu gün UEFA Avropa Liqasında 2024/25 mövsümünün əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Mediasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-offunda "Dinamo"ya (Zaqreb) uduzaraq Avropa Liqasına yuvarlanan "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.
Təmsilçimiz püşkatmada 3-cü səbətdə yer alacaq.
Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq.
Püşkatma zamanı klublar reytinqinə əsasən, 4 səbətə bölünəcək. Komandalar hər səbətdən iki rəqiblə - biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.
8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
1-ci səbət
“Roma”
“Mançester Yunayted”
“Portu”
“Ayaks”
“Reyncers”
“Ayntraxt”
“Latsio”
“Tottenhem”
“Slaviya”
2-ci səbət
“Real Sosyedad”
“Alkmaar”
“Braqa”
“Olimpiakos”
“Lion”
PAOK
“Fənərbağça”
“Makkabi” T.Ə.
“Ferensvaroş”
3-cü səbət
“Qarabağ”
“Qalatasaray”
“Viktoriya” Plzen
“Bude Qlimt"
“Yunion Sent Jiloaz”
“Dinamo” Kiyev
“Ludoqorets”
“Midtyulland”
“Malmö”
4-cü səbət
“Atletik”
“Hoffenhaym”
“Nitsa”
“Anderlext”
“Tvente”
“Beşiktaş”
"Styaua"
RFŞ
“Elfsborq”