Ukrayna yığma komandasının üzvü Azərbaycan millisinə "yox" dedi
"Azərbaycan millisinin skautları mənə zəng edərək komandada görmək istədiklərini dedilər".
Mediasport.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında "Metalist"in (Xarkov) futbolçusu Ramik Hacıyev söyləyib.
Yarımmüdafiəçi yığma komandamızda oynamaq istəmədiyini və səbəbini dilə gətirib:
"Bu ölkənin futbol federasiyası özü müraciət etməmişdi. Bildirdilər ki, pasport almaq problem olmayacaq, əsas mənim razılığımdır. Mən isə imtina etdim. Hazırda bu, son qərarımdır. Çünki Ukrayna millisində oynamaq istəyirəm".
Xatırladaq ki, Ramik indiyə qədər Ukraynanın U-19 yığmasında 7 oyuna çıxıb.