AFFA-nın yola saldığı məşqçi Tayland millisini çalışdıracaq
U-19 milli komandamızdan yola salınan Miloş Velebit özünə yeni iş yeri tapıb.
mediasport.az xəbər verir ki, serbiyalı məşqçilik karyerasını Asiya qitəsində davam etdirəcək.
Tayland Futbol Federasiyası ilə anlaşan Velebit bu ölkənin U-18 yığmasının baş məşqçisi təyin olunub.