"Ciddi yanaşmalı və həmişəki kimi diqqətli olmalıyıq" - "Bayer" rəsmisi
"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 finalında rəqibi olacaq Almaniyanın "Bayer" klubunun icraçı direktoru Fernando Karro püşkatmanı dəyərləndirib.
Mediasport.az xəbər verir ki, Leverkuzen təmsilçisinin rəsmisi Azərbaycan çempionuna qarşı oyunlara ciddi yanaşacaqlarını bildirib.
"Uzun yol qət etməliyik. 1/8 finalı səbirsizliklə gözləyirik. Bizim “Qarabağ” və klubun rəhbərliyi ilə yaxın, yaxşı münasibətimiz var. “Braqa”ya qarşı yaxşı pley-off oyunları keçirdilər. Biz bu komandaya ciddi yanaşmalı və həmişəki kimi diqqətli olmalıyıq".
Qeyd edək ki, “Qarabağ” və “Bayer” komandaları arasındakı görüşlər martın 7-i (Bakı) və 14-də (Leverkuzen) keçiriləcək.