Çimərlik futbolu üzrə yığmamız 5-ci yer üçün oynayacaq - Avropa Oyunları
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Polşada təşkil olunan III Avropa Oyunlarında 5-8-ci yerlər uğrunda ilk görüşünü keçirib.
MediaSport.az xəbər verir ki, Zeynal Zeynalovun baş məşqçisi olduğu komanda Ukrayna yığması ilə qarşılaşıb.
7:6 hesabı ilə qalib gələn millimizin heyətində Amid Nəzərov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı fərqləniblər.
Komandamız bu gün Moldova futbolçuları ilə 5-ci yer uğrunda mübarizə aparacaq.