"Xal və ya xallar qazanmaq istəyirik, Bakıda İsveç havasıdır"

"Xal və ya xallar qazanmaq istəyirik, Bakıda İsveç havasıdır"

"Mövsümün sonuncu oyununu keçirəcəyik. Başlanğıcda kuboku qazanmaq və avrokubokların qrup mərhələsində iştirak etmək hədəfimiz idi. Klub tarixinin ən yaxşı mövsümüdür, kuboku qazandıq, Avropa Liqasının qrupunda çıxış etdik".

Mediasport.az xəbər verir ki, bu sözləri İsveçin "Hekken" klubunun baş məşqçisi Per-Matias Höqmo deyib.

64 yaşlı norveçli mütəxəssis UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun "Qarabağ"la sabah Bakıda keçirəcəkləri görüşündən əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

O, Azərbaycan çempionunun "Qarabağ" xarakterli, yüksək keyfiyyətlərə malik komanda olduğunu deyib:

- "Qarabağ" qrup mərhələsində çox yaxşı oyunlar nümayiş etdirdi. Heyətində yaxşı futbolçuları var. Biz İsveçdə onlara qarşı yaxşı çıxış etmişdik, bərabər oyun gedirdi. Təəssüf ki, həmin matçda nəticə qazana bilmədik. Sabahkı görüşü səbirsizliklə gözləyirik, motviasiyamız var və qrup mərhələsində ilk xalımızı-xallarımızı qazanmaq istəyirik. Bakıda İsveç havasıdır. Küləkli, yağışlı havada oynamağa öyrəşmişik. Burada olmaq xoşdur, artıq üçüncü dəfədir gəlirəm.

Qeyd edək ki, "Qarabağ" - "Hekken" dueli sabah saat 21:45-də başlanacaq.