Samir Abasov: "Üzərində işləməli olduğumuz məsələlər var"

Samir Abasov: "Üzərində işləməli olduğumuz məsələlər var"

"Sumqayıt" Türkiyə toplanışı çərçivəsində "Gənclərbirliyi" klubu ilə qarşılaşıb.

Mediasport.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Samir Abasov 1:0 hesablı qələbədən sonra matç haqqında fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis əsasən taktika və texnika üzərində çalışdıqlarını deyib:

"Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq. Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı, fiziki hazırlıqlarımız da davam edir.

"Gənclərbirliyi" ilə yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik. Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar.

Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik".