Toral Bayramovun qolu Avroliqada həftənin ən yaxşısı seçildi - VİDEO
UEFA Avropa Liqasında əsas mərhələnin 4-cü turunun ən yaxşı qolunun müəllifi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, bu ada "Qarabağ"ın futbolçusu Toral Bayramov layiq görülüb.
O, "Budö Qlimt"ə Norveç səfərində vurduğu qolla "Ayntraxt"dan (Frankfurt) Omar Marmuşu, "Ludoqorets"dən Erik Markusu, "Qalatasaray"dan Yunus Akgünü qabaqlayıb.
Xatırladaq ki, ən yaxşı qolun müəllifi UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə müəyyənləşib.