"Qarabağ"da ümidləri doğrultmayan forvard yenidən klubsuz qalıb
2019-2020-ci illər mövsümündə "Qarabağ"da çıxış etmiş Maqaye Geye yenidən klubsuz qalıb.
Mediasport.az xəbər verir ki, Ağdam klubunda da ümidləri doğrultmayan Seneqal əsilli fransız forvard Yunanıstan klubu "Anagennisi Karditsa"dan ayrılıb.
Özünə yeni klub axtaran 34 yaşlı hücumçu "köhlət atlar"ın heyətində 1 mövsümdə 18 oyuna cəmi 5 qol vura bilmişdi.
Geyenin "Strasbur" (Fransa), "Everton", "Miluoll" (hər ikisi İngiltərə) və "Adanaspor"da (Türkiyə) zəngin karyerası olub.
Azərbaycana Türkiyənin "Osmanlıspor" klubundan gəlmişdi.