AVRO-2025: Milli komandamızın oyunlarının təqvimi açıqlanıb

AVRO-2025: Milli komandamızın oyunlarının təqvimi açıqlanıb

AVRO-2025-in seçmə qrup mərhələsində mübarizə aparacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız ilk görüşünü aprelin 5-də səfərdə Macarıstana qarşı keçirəcək.

Qrupda son matçımız iyulun 16-da İsveçrə səfərində olacaq.

Millimiz B liqasının I qrupunda yarışacaq.

Qeyd edək ki, turnirin final mərhələsi 2025-ci ildə İsveçrədə təşkil ediləcək.


AVRO-2025. B Liqası, I qrupu. Seçmə qrup mərhələsi


5 aprel

Macarıstan – Azərbaycan

9 aprel

Azərbaycan – İsveçrə

31 may

Azərbaycan – Türkiyə

4 iyun

Türkiyə – Azərbaycan

12 iyul

Azərbaycan – Macarıstan

16 iyul

İsveçrə – Azərbaycan