Avropada "Türkiyə futbolu gecəsi" - Reytinqdə 4 pillə irəlilədilər
Ötən gün avrokuboklarda növbəti qrup oyunlarını keçirən Türkiyə klubları tarixi uğurla yadda qalıblar.
mediasport.az xəbər verir ki, qardaş ölkə təmsilçilərinin hamısı ilk dəfə eyni gündə qələbə qazanıblar.
Avropa Liqasında mübarizə aparan "Fənərbağça" Kiprdə AEK-dən (Larnaka) üstün olub - 2:1, "Trabzonspor" evdə "Monako"nu darmadağın edib - 4:0. Konfrans Liqasında yarışan "Başakşəhər" İstanbulda Latviyanın RFŞ klubunu (3:0), "Sivasspor" isə Kosovoda "Balkani"ni (2:1) məyus edib.
Türkiyə bu dörd komandanın uğurlu çıxışı sayəsində UEFA reytinqində 18-ci sıradan 14-cü pilləyə yüksəlib.