"Traktor" 1 xal qazandı

"Traktor" 1 xal qazandı

İran çempionatında 13-cü turun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” növbəti oyununu doğma meydanda "Mes Kerman"a qarşı keçirib.

Pako Xemesin rəhbərliyi altında ilk matçını qələbə ilə başa vuran Təbriz klubu evdə xal itirib - 0:0.

“Al qurdlar” 13 turdan sonra 19 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıblar. Lider "Persepolis"dən 7 xal geri qalırlar.