Canni de Byazi Avropa çempionatının püşkü haqda nə dedi?

Canni de Byazi Avropa çempionatının püşkü haqda nə dedi?

Bu gün Almaniyanın Frankfurt şəhərində AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

MediaSport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:

"Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik".

Azərbaycan millisi F qrupunda Belçika, İsveç, Avstriya və Estoniya ilə mübarizə aparacaq.