"Ayaks"ın italiyalı baş məşqçisi: "Qarabağ" çox güclü komandadır"
Niderlandın "Ayaks" klubu UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.
Mediasport.az xbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Françesko Farioli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Komandanız niyə oyunqabağı məşq üçün “Neftçi Arena”nı seçdi?
- Plan belə idi. Biz adətən diqqəti cəlb etmək üçün yox, başqa stadionda sərbəst məşq etməyi xoşlayırıq.
Sabahkı matç haqqında nə düşünürsünüz?
- Rəqibimizi təhlil etmişik. “Qarabağ” çox güclü rəqibdir, bir çox titulları var. Futbolçuları ilə maraqlanırdım. Mən Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır. Kadr itkilərimiz var, Bakıya tam heyətlə gəlməmişik.
"Qarabağ”ın heyətində ən çox nədən ehtiyat edirsiz?
- Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik komandadır. Son dəqiqələrdə uduzduqları “Bayer”lə oyunu diqqətə çatdırardım.
Sabah hansı nəticəni gözləyirsiniz?
- “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.
Mental olaraq, sabah udizsanlz, necə qəbul edəcəksiniz?
- Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.
Bakıya “Ayaks”ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?
- Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Biz də onların bu jestinə cavab olaraq qələbə ilə təşəkkür etmək istəyirik.